İngiliscə ünsiyyət
  Rusca ünsiyyət  

Online dİl kursuna qoşulun
Ödənişsiz olaraq (*) qrammatika öyrənin, testlər həll edin, audio yazılar dinləyin, tərcüməli mətnlər oxuyun, 142534 istifadəçi ilə ingilis dilində ünsiyyət qurun, il boyu davam edən müsabiqədə iştirak edib müxtəlif hədiyyələr qazanma şansı əldə edin...
Online ingilis, rus və ərəb dili kursu - Dərs

Dərs


Növbəti dərsə keçid və ya cari dərsin davamı səhifənin aşağı hissəsindədir.


Dərs 5: 1/5 - Qrammatika dərsləri. (seçdiyiniz səviyyə: advanced)

Keçmiş bitmiş və keçmiş zaman

Keçmişdə baş verən hadisələrin ardıcıllığını verəndə əsasən hadisələr keçmiş zamanda xronoloji ardıcıllıqla düzülür. Əgər bu ardıcıllıqdan kənar -- son hadisədən daha əvvəl baş vermiş bir hərəkəti qeyd etmək istəyiriksə bu zaman keçmiş bitmiş zamandan istifadə edə bilərik. Aşağıdakı misaldan aydınlaşdıraq:

Don Jose was a wealthy Cuban landowner who emigrated to Mexico in 1959. The agricultural reforms had begun a few months before this He moved again in l965 and made his home in the United States. He had made his fortune in growing sugar cane as a young man in Cuba, and he brought his expertise to his new home.

Yuxarıda qeyd olunan misalda emigrated, made, brought felləri mətnin ümumi ardıcıllığını formalaşdırır və buna görə də keçmiş zamandadır. Lakin had begunhad made felləri isə ümumi ardıcıllıqdan kənara çıxdığı üçün keçmiş bitmiş zamandadır.


Əgər biz anlayırıqsa ki, hər hansı bir hadisə digərindən daha əvvəl baş verib, keçmiş bitmiş zamanın istifadəsinə elə də ehtiyac olmur, lakin onun işlənməsi də mümkündür. Misallarda baxaq:

We bought a new car last month. We'd driven my parents' old car for ages, but it started (və ya had started) to fall apart. We put (və ya had put) a new engine in it. but that didn't solve (və ya hadn't solved) the problems we were having.


Əgər hadisələrin ardıcıllığı cümlənin məzmunundan bəllidirsə (vaxt ifadələri bunu aydın edirsə) bu zaman həm keçmiş zamandan, həm də keçmiş bitmiş zamandan istifadə etmək olar.

After Ivan had finished reading, he put out the light. (və ya...Ivan finished...)
They were given help and advice before they had made the decision. (və ya...they made...)
The two leaders agreed to meet, even though earlier talks had failed to reach an agreement. (və ya ...talks failed...)


Keçmiş bitmiş zaman həm də ilkin olaraq indiki bitmiş və ya keçmiş zamanda deyilmiş hadisələri məruzə edən zaman istifadə olunur. Məsələn:

I have met him before. -- I was sure that I had met him before.( ...I met him... yox)
The village hasn't changed much. -- On my last visit to Wixton I found that the village hadn't changed much, ( ...the village didn't change... yox)


Etmək istədiyimiz lakin müəyyən səbəblərdən etmıdiyimiz və ya gələcəkdə edə bilməyəcəyimiz hərəkətləri ifadə etmək üçün həm keçmiş zamandan həm də keçmiş bitmiş zamandan istifadə edə bilərik:

I had hoped to visit the gallery before I left Florence, but it's closed on Sundays, (və ya I hoped...)
Bill planned to retire at 60, but we have persuaded him to stay for a few more years. (və ya Bill had planned...)

Bu cür məna daşıyan digər fellərə aiddir: consider -ing; expect to; intend to; mean to; think about ing/of -ing; want to.


Diqqət. Qeydiyyatdan keçib hesaba daxil olmayan istifadəçilər ancaq hər dərsin birinci hissəsini görə bilir. Eləcə də testləri yalnız hesaba daxil olmuş qeydiyyatlı istifadəçilər görə və həll edə bilər. Dərslərdən tam faydalanmaq üçün əgər hesabınız varsa sağ sütunda müvafiq bölmədən email-parol yazaraq daxil olun, yoxdursa, qeydiyyatdan keçin.


Yeni dərs


Günün sözləri
Günün sözləri artıq yeni bölmə şəklində fəaliyyət göstərir. Keçid üçün düyməyə klikləyin Günün sözləri
Elan lövhəsi
Artıq 660 istifadəçi GOLD status əldə edərək üstünlüklərdən faydalanıb. Bəs siz?
Üzvlər üçün giriş
Emailiniz:
Parol:
Parolu unutmusunuz?
Qeydiyyatdan keçməmisiniz?  İndi üzv olun!

Xaricidil.net rəsmi bloqu Xaricidil.net Facebook səhifəsi Xaricidil.net Twitter kanalı Xaricidil.net bloqunun RSS kanalı Xaricidil.net Youtube kanalı